satellite   Azerspace-1: 11135 H 30000

UEFA Çempionlar Liqası: "Sabah" ilk oyunda "Hapoel"ə uduzub

UEFA Çempionlar Liqası: "Sabah" ilk oyunda "Hapoel"ə uduzub

"Sabah" UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

NTV-nin məlumatına görə, Azərbaycan təmsilçisi İsrailin "Hapoel" (Beer-Şeva, İsrail) komandası ilə üz-üzə gəlib.

Rumıniyanın paytaxtı Buxarestdəki "Quleşti" stadionundakı qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 2:1.

6-cı dəqiqədə "Sabah"ın heyətində Velko Simiç hesabı açıb. İsrail klubunda 43-cü dəqiqədə Ceyvon İst, 79-cu dəqiqədə İqor Zlatanoviç fərqlənib.

Qeyd edək ki, tərəflər arasında cavab görüşü avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM