Uelsin TNS klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksələn “Sabah” komandasını təbrik edib.
NTV xəbər verir ki, bu barədə klubun sosial media hesabında paylaşım edilib.
TNS bu mövsüm Bakı klubunun Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi olub. Valdas Dambrauskasın kollektivi rəqibini iki oyunun nəticəsinə əsasən 4:1 hesabı ilə məğlub edərək II mərhələyə yüksəlmişdi.
