satellite   Azerspace-1: 11135 H 30000

“Sabah” Çempionlar Liqasının tarixinə düşüb

“Sabah” Çempionlar Liqasının tarixinə düşüb

“Sabah” klubu UEFA Çempionlar Liqasında tarixi uğura imza atıb.

NTV xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin təsnifat mərhələsindən əsas raunda vəsiqə qazanan ən gənc komanda olub. 2017-ci ildə təsis edilən klub cəmi 9 ildən sonra Çempionlar Liqasının liqa mərhələsinə yüksəlib.

Daha əvvəl bu rekord Rusiyanın “Krasnodar” klubuna (12 il) məxsus olub.

Qeyd edək ki, “Sabah” Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Sheva) klubunu iki oyunun nəticəsinə əsasən 6:4 hesabı ilə məğlub edərək liqa mərhələsinə vəsiqə qazanıb. “Bayquşlar” “Qarabağ”dan sonra turnirin əsas mərhələsinə yüksələn ikinci Azərbaycan klubu olub.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşır

10:20 21.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM