satellite   Azerspace-1: 11135 H 30000

Bu gün iki cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır

Bu gün iki cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır

Ekvadorun Quayaquil şəhərində cüdo üzrə gənclər arasında dünya çempionatı davam edir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, yarışın ikinci günündə iki cüdoçumuz medallar uğrunda mübarizə aparacaq. Belə ki, oğlanlar arasında Vüsal Qələndərzadə, Qadir Hüseynov (hər ikisi 73 kq) tatamiyə çıxacaqlar.

Qeyd edək ki, 65 ölkədən 400-ə yaxın idmançının qatıldığı yarışda Azərbaycanı səkkiz idmançı təmsil edir. Cüdoçularımız baş məşqçi Elxan Məmmədov və məşqçi Elxan Rəcəblinin rəhbərliyi ilə çıxış edirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM