Azərbaycanın 3 sərbəst güləşçisi V İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə əldə edib.
Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Türkiyənin Konya şəhərində təşkil olunan bu mötəbər yarışda İslam Bazarqanov (61 kq) yarımfinalda iranlı Məcid Dastana (10:0), Gözəl Zutova (72 kq) Ngiri Nyehə (6:0), Leyla Qurbanova (53 kq) isə türkiyəli Rahime Arifeyə (10:0) qalib gələrək finala yüksəlib.
