satellite   Azerspace-1: 11135 H 30000

Çimərlik futbolu üzrə millimizin oyunlarının tarixi məlum olub

Çimərlik futbolu üzrə millimizin oyunlarının tarixi məlum olub

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının “Anoc World Beach Games”in Avropa zonası üzrə seçmə mərhələsində keçirəcəyi oyunların tarixi və başlama saatları məlum olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, avqustun 27-dən sentyabrın 5-dək İtaliyanın Katanya şəhərində keçiriləcək oyunlarda millimiz C qrupunda Ukrayna və İsveçrə komandaları ilə mübarizə aparacaq. Yığmamız avqustun 29-da İsveçrə, 30-da isə Ukrayna komandası ilə qarşılaşacaq. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM