satellite   Azerspace-1: 11135 H 30000

İslamiada: Qadın güləşçimiz Leyla Qurbanova qızıl medal qazanıb

İslamiada: Qadın güləşçimiz Leyla Qurbanova qızıl medal qazanıb

Azərbaycan idmançısı Leyla Qurbanova V İslam Həmrəyliyi Oyunlarında sərbəst güləş üzrə qızıl medal qazanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, güləşçimiz Özbəkistan idmançısı Aktenge Keunimjayevaya 6:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. Avqustun 18-dək davam edəcək V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM