Yunan-Roma güləşçimiz Eldəniz Əzizli V İslam Həmrəyliyi Oyunlarının yarımfinal mərhələsinə yüksəlib.
Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, turnirdə 55 kiloqram çəki dərəcəsində mübarizə aparan ikiqat Avropa və dünya çempionumuz dörddəbir finalda Türkmənistan təmsilçisi Ümid Durdiyevi 8:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.
Qeyd edək ki, Azərbaycan təmsilçiləri İslamiadada 24 idman növündən 22-də iştirak edirlər.
Oyunlar vaxtı 483 dəst medal öz sahibini tapacaq.
