satellite   Azerspace-1: 11135 H 30000

Daha iki yunan-Roma güləşçimiz V İslam Həmrəyliyi Oyunlarının yarımfinal mərhələsinə vəsiqə qazanıb

Daha iki yunan-Roma güləşçimiz V İslam Həmrəyliyi Oyunlarının yarımfinal mərhələsinə vəsiqə qazanıb

Daha iki yunan-Roma güləşçimiz V İslam Həmrəyliyi Oyunlarının yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, turnirdə 55 kiloqram çəki dərəcəsində mübarizə aparan Ülvi Qənizadə dörddəbir finalda türk Murat Dağa 10:1 hesabı ilə qalib gəlib. Rafiq Hüseynov (82 kq) isə türkmənistanlı Toyli Orozovu 9:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb.

Qeyd edək ki, Azərbaycan təmsilçiləri İslamiadada 24 idman növündən 22-də iştirak edirlər.

Oyunlar vaxtı 483 dəst medal öz sahibini tapacaq.

Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM