Şahmatçıların Ağbulaqda növbəti təlim-məşq toplanışı keçirilib - FOTOLAR

Şahmatçıların Ağbulaqda növbəti təlim-məşq toplanışı keçirilib<font color=red> - FOTOLAR</font> Şahmatçıların Ağbulaqda növbəti təlim-məşq toplanışı keçirilib<font color=red> - FOTOLAR</font> Şahmatçıların Ağbulaqda növbəti təlim-məşq toplanışı keçirilib<font color=red> - FOTOLAR</font> Şahmatçıların Ağbulaqda növbəti təlim-məşq toplanışı keçirilib<font color=red> - FOTOLAR</font> Şahmatçıların Ağbulaqda növbəti təlim-məşq toplanışı keçirilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası Ağbulaq İstirahət Mərkəzində növbəti 3 günlük təlim-məşq toplanışı təşkil edib. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu dəfə toplanışda kiçik yaş kateqoriyasından olan şahmatçılar iştirak edib.

9-11 avqust tarixlərində keçirilən təlim-məşq toplanışında Naxçıvan şəhərində və rayonlarda fəaliyyət göstərən şahmat məktəblərinin üzvləri iştirak ediblər. 30 şagird və 5 müəllimin iştirak etdiyi təlim-məşq toplanışında şahmatçılar 3 gün ərzində intensiv təlim-məşqlərini davam etdiriblər.

Qadınlardan ibarət şahmat üzrə Azərbaycan milli komandasının məşqçisi, beynəlxalq usta Fikrət Sideifzadənin iştirakı ilə keçirilən təlim-məşq toplanışından gənc şahmatçılar səmərəli istifadə ediblər.  

“Oyun ortasındakı vəziyyətlər və passiv fiqurun aktivləşdirilməsi” və başqa bu kimi mövzularla biliklərin çatdırıldığı təlim-məşq toplanışı çərçivəsində şahmat yarışları da təşkil olunub.

Ağbulaqda həmçinin şahmatçıların istirahəti də təşkil olunub. Buradakı istirahət mərkəzinin turizm imkanlarından yararlanan gənclər asudə vaxtlarında şahmat oynayıblar.

Qeyd edək ki, təlim-məşq toplanışının keçirilməsində məqsəd şahmatçıların zəka oyununa marağını artırmaq və onları qarşıdakı turnirlərə daha yaxşı hazırlamaqdır.

Şəfa Səfərova

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM