Muxtar respublika gəncləri maraqlı fləş-mob hazırlayıblar - VİDEO

Naxçıvan Muxtar Respublikası Gənclər Fondu və “Nəqşicahan” Holdinqin təşkilatçılığı ilə hazırlanan fləş-mob ötən gün axşam saatlarında nümayiş etdirilib. Naxçıvan şəhərindəki “Görüş yeri” kafesində bir qrup fəal gənc, könüllü və şəhər sakinlərinin iştirak etdiyi fləş-mob bura istirahətə gələnlər üçün də yaddaqalan olub.

Naxçıvan televiziyasının əməkdaşları gənclərin hazırladığı fləş-mobla bağlı videomaterial hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

Leyla Cəfərzadə

Xəbər lenti
Çox oxunan xəbərlər