Ötən mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər bəlli olub

Ötən mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər bəlli olub

UEFA ötən mövsümün ən yaxşı baş məşqçisi adına namizədlərin yekun siyahısını açıqlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi qurumun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda 3 mütəxəssis yer alıb. Bunlar İspaniya "Real Madrid"inə rəhbərlik edən Karlo Ançelotti, onun İngiltərənin "Mançester Siti" klubundakı həmkarı Xosep Qvardiola və "Liverpul"un sükanı arxasında olan Yurgen Kloppdur.

Qeyd edək ki, qalibin adı avqustun 25-də Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq. Tədbir Türkiyənin İstanbul şəhərində baş tutacaq.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM