UEFA ötən mövsümün ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb

UEFA ötən mövsümün ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb

UEFA ötən mövsümün ən yaxşı futbolçusu adına namizədlərin qısaldılmış siyahısını açıqlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi qurumun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda 3 oyunçu yer alıb. Bunlar İspaniya "Real Madrid"inin qapıçısı Tibo Kurtua və hücumçusu Kərim Benzema, İngiltərənin "Mançester Siti" klubunun yarımmüdafiəçisi Kevin de Brüynedir.

Qeyd edək ki, qalibin adı avqustun 25-də Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq. Tədbir Türkiyənin İstanbul şəhərində baş tutacaq.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM