satellite   Azerspace-1: 11135 H 30000

Qadın güləşçimiz Jalə Əliyeva V İslamiadada qızıl medal qazanıb

Qadın güləşçimiz Jalə Əliyeva V İslamiadada qızıl medal qazanıb

Qadın güləşçimiz Jalə Əliyeva (57 kq) V İslamiadada qızıl medal qazanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, təmsilçimiz həlledici görüşdə nigeriyalı Ester Kolavole ilə qarşılaşıb. Rəqibini 14:6 hesabı ilə üstələyən J.Əliyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM