Karate üzrə milli komandamız V İslam Həmrəyliyi Oyunlarında iştirak etmək üçün Konyaya yola düşüb

Karate üzrə milli komandamız V İslam Həmrəyliyi Oyunlarında iştirak etmək üçün Konyaya yola düşüb

Karate üzrə milli komandamız V İslam Həmrəyliyi Oyunlarında iştirak etmək üçün Türkiyənin Konya şəhərinə yola düşüb.

Azərbaycan Milli Karate Federasiyasından NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, kişilər arasında kumite yarışlarında Əminağa Quliyev (-60 kq), Tural Ağalarzadə (-67 kq), Fərid Ağayev (-75 kq), Pənah Abdullayev (-84 kq), Asiman Qurbanlı (84+ kq), qadınlarda İnci Əzizova (-50 kq), Mədinə Sadiqova (-55 kq), Ayla Rzazadə (-61 kq), İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (68+ kq) çıxış edəcək.

Kata üzrə fərdi yarışlarda Roman Heydərov və Zəhra Qurbanzadə, komanda çıxışlarında İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyev qüvvəsini sınayacaq.

Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov karate yarışlarını idarə edəcək. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov idmançılarla bir yerdə olacaq.

Konyada V İslam Həmrəylik Oyunlarının karate yarışları avqustun 17-18 tarixlərində keçiriləcək.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM