Azərbaycan gimnastı İslamiadada gümüş medal qazanıb

Azərbaycan gimnastı İslamiadada gümüş medal qazanıb

Azərbaycan gimnastı Mədinə Mustafayeva V İslam Həmrəyliyi Oyunlarında aerobika gimnastikası üzrə gümüş medal qazanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, aerobika gimnastikası üzrə Azərbaycan yığmasının üzvü Mədinə Mustafayeva qadınlar arasında fərdi proqramda ikinci yeri tutub.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Oyunlar avqustun 18-dək davam edəcək.

Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM