satellite   Azerspace-1: 11135 H 30000

La Liqanın son çempionu mövsümə qalibiyyətlə başlayıb

La Liqanın son çempionu mövsümə qalibiyyətlə başlayıb

Futbol üzrə İspaniya La Liqasında ötən mövsümün çempionu "Real Madrid" klubu yeni mövsümə qalibiyyətlə başlayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, son çempion 2022-2023 mövsümünün ilk oyununda La Liqaya yeni yüksələn “Almeriya” ilə qarşılaşıb.

Matçın 6-cı dəqiqəsində ev sahibləri Large Ramazaninin atdığı qolla ilk hissəni 1:0 öndə bitirib.

İkinci hissədə hücum oyunu sərgiləyən “Real Madrid” Lukas Vaskezin (65) və David Alabanın (71) qolları ilə hesabda önə keçib. Bununla da "Kral klubu" mövsümə 3 xalla start verib.

“Barselona” klubu isə mövsümə heç-heçə ilə başlayıb. Doxsan dəqiqə ərzində qapılara qol vurulmayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM