satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın qadın voleybolçulardan ibarət millisi İslamiadada bürünc medala sahib olub

Azərbaycanın qadın voleybolçulardan ibarət millisi İslamiadada bürünc medala sahib olub

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın qadın voleybolçulardan ibarət millisi üçüncü yeri tutub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, komandamız bürünc medal uğrunda Kamerunla mübarizə aparıb. Görüş Azərbaycan komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. Oyunlarda 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM