satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Şahmat Mərkəzində ustad dərsləri keçirilir - FOTOLAR

Naxçıvan Şahmat Mərkəzində ustad dərsləri keçirilir<font color=red> - FOTOLAR</font> Naxçıvan Şahmat Mərkəzində ustad dərsləri keçirilir<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının təşkilatçılığı ilə Naxçıvan Şahmat Mərkəzində ustad dərsləri keçirilir.

Azərbaycan milli komandasının üzvləri, Beynəlxalq qrosmeysterlər Eltac Səfərli və Vasif Durarbəyli tərəfindən keçirilən dərslərdə federasiyanın titullu müəllimləri, federasiyanın üzvləri və yuxarı reytinqli şahmatçılar iştirak edir. Dərs zamanı dərəcəli şahmatçılarla debütlərin prinsipləri və sonluq strategiyaları ilə bağlı oyunlar təhlil olunub, fiqurların inkişaf etdirilməsi və rəqibi oyunda çətin vəziyyətə salmaq üçün tələb olunan qayda və fəndlər təcrübəli şahmatçılar tərəfindən izah edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.       

                                

Əli İbrahimbəyli

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM