satellite   Azerspace-1: 11135 H 30000

V İslam Həmrəyliyi Oyunları: Cüdoçumuz finalda

V İslam Həmrəyliyi Oyunları: Cüdoçumuz finalda

Bu gün V İslam Həmrəyliyi Oyunlarında cüdoçularımız mübarizəyə qatılıblar.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, təmsilçilərimizdən Balabəy Ağayev (60 kq) yarımfinalda Türkmənistan təmsilçisi Hakberdi Jumayevi məğlub edərək finala yüksəlib. Digər cüdoçularımızdan Nəriman Mirzəyev (73 kq), Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq) yarımfinala vəsiqə qazanıblar.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. Oyunlarda 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır. İslamiada avqustun 18-dək davam edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM