satellite   Azerspace-1: 11135 H 30000

İrəvanda ticarət mərkəzində baş verən partlayışda ölənlərin sayı 16-ya çatıb

İrəvanda ticarət mərkəzində baş verən partlayışda ölənlərin sayı 16-ya çatıb

Ermənistanın paytaxtı İrəvandakı "Surmalu" ticarət mərkəzində baş verən partlayışdan sonra dağıntılar altından daha 1 nəfərin meyiti aşkarlanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata əsasən, ölənlərin ümumi sayı 16 nəfərə çatıb. Hazırda axtarış və xilasetmə işləri davam etdirilir.

Xatırladaq ki, avqustun 14-ü İrəvandakı "Surmalu" ticarət mərkəzində partlayış baş verib. Partlayış nəticəsində 16 nəfər həlak olub, 61 nəfər isə xəsarət alıb. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM