satellite   Azerspace-1: 11135 H 30000

Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər

Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində mübarizəyə başlayacaq.

D qrupunda çıxış edəcək yığma avqustun 20-də ilk oyununu Gürcüstan millisinə qarşı keçirəcək. Bakıda Voleybol Mərkəzində baş tutacaq görüşə saat 18:00-da start veriləcək.

Qeyd edək ki, yığmamız “Avro-2023”ün təsnifat oyunlarında D qrupunda Sloveniya, Gürcüstan və Avstriya millilərinə qarşı mübarizə aparacaq.

Ümumilikdə təsnifat mərhələsində 24 komanda 6 qrupa bölünüb. Qrupda birinci və ikinci olacaq kollektivlər final mərhələsinə yüksələcək.

“Avro-2023”ün final mərhələsinə Belçika, İtaliya, Estoniya və Almaniya ev sahibliyi edəcək.

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi isə Avropa çempionatının təsnifat mərhələsində mübarizəni davam etdirir.

Pərviz Səmədovun rəhbərlik etdiyi milli çıxış etdiyi A qrupunda son matçını bu gün Danimarka kollektivinə qarşı keçirəcək. Middelfartda baş tutacaq görüşə Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Qeyd edək ki, yığmamız Danimarka millisinə qarşı keçirdiyi ilk matçda 1:3 hesabı ilə məğlub olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM