satellite   Azerspace-1: 11135 H 30000

“Viktoriya” - “Qarabağ” oyununu Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək

“Viktoriya” - “Qarabağ” oyununu Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək

Çexiyada “Viktoriya” (Plzen) və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununun təyinatları açıqlanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, qarşılaşma Portuqaliyadan olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Artur Diaşa Ruy Tavareş və Paulu Soareş laynsmanlar qismində kömək göstərəcək. Dördüncü hakim funksiyasını Fabiu Verisimu yerinə yetirəcək. VAR hakimləri Tyaqu Martinş və Luiş Qodinyu olacaq.

Qeyd edək ki, "Viktoriya" - "Qarabağ" matçı avqustun 23-də Bakı vaxtı ilə 23:00-da başlayacaq. Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüşdə hesab açılmayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM