satellite   Azerspace-1: 11135 H 30000

Mbappe Fransa Liqasında ən sürətli qolu vurub

Mbappe Fransa Liqasında ən sürətli qolu vurub

Fransanın PSJ klubunun futbolçusu Kilian Mbappe Liqa-Bir tarixində ən sürətli qolu vurub.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, bu, "Opta"nın statistika aparmağa başladığı 2006/2007 mövsümündən sonra baş verib.

Mbappe səfərdə "Lill"ə qarşı III tur matçının 9-cu saniyəsində fərqlənib. O, oyun başlayan kimi Lionel Messidən topu alaraq, qapıçını da maneəsiz məğlub edib.

Qarşılaşma PSJ-nin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 7:1. Bununla da Paris komandası xalını 9-a çatdıraraq, turnir cədvəlində vahid liderə çevrilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM