satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Premyer Liqasının üçüncü turu nadir təsadüf olunan hadisə ilə əlamətdar olub

Azərbaycan Premyer Liqasının üçüncü turu nadir təsadüf olunan hadisə ilə əlamətdar olub

Futbol üzrə Azərbaycan Premyer Liqasının üçüncü turu nadir təsadüf olunan hadisə ilə əlamətdar olub. “Sabah” – “Neftçi” oyununda bir komandanın qapısına üç penalti zərbəsi təyin olunub. Meydan sahibləri bu üç imkandan ikisindən yararlana bilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan çempionatları tarixində sonuncu belə hadisə 17 il əvvəl yaşanıb. 2005/2006-cı il mövsümünün “Gənclərbirliyi” – “Şahdağ” görüşündə də qonaqlar cəzalanıb. 2005-ci il dekabrın 10-dakı görüşdə hər üç penaltini Pathe Banqura yerinə yetirib. Sumqayıt təmsilçisinin hücumçusu bu imkanlardan ikisindən istifadə edib. Həmin qarşılaşmada meydan sahibləri 3:2 hesablı qələbə qazanıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM