satellite   Azerspace-1: 11135 H 30000

"Qırmızı şeytanlar" cari mövsümdə ilk qələbəsini qazanıb

"Qırmızı şeytanlar" cari mövsümdə ilk qələbəsini qazanıb

Futbol üzrə İngiltərə Premyer Liqasında III tura mərkəzi oyunla yekun vurulub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, turun son oyununda mövsümə yaxşı başlamayan "Mançester Yunayted" və "Liverpul" komandaları üz-üzə gəliblər. "Old Trafford" stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İlk qolu 16-cı dəqiqədə "qırmızı şeytanlar"dan Ceydon Sanço vurub. 53-cü dəqiqədə Markuş Reşford hesab arasındakı fərqi 2 topa çatdırıb. 81-ci dəqiqədə Məhəmməd Salah buraxılan qollardan birinin əvəzini çıxıb.

Cari mövsümdə ilk qələbəsini qazanan "Mançester Yunayted" 3 xalla 14-cü sıraya yüksəlib. 2 xalı olan "Liverpul" isə 16-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, turnir cədvəlinə 9 xalla "Arsenal" klubu başçılıq edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM