satellite   Azerspace-1: 11135 H 30000

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində növbəti görüşlər keçiriləcək

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində növbəti görüşlər keçiriləcək

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində növbəti görüşlər keçiriləcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu mərhələnin ikinci oyun günündə üç qarşılaşma olacaq.

Azərbaycan çempionu “Qarabağ” səfərdə Çexiyanın "Viktoriya Plzen" komandasının qonağı olacaq.

Bu turu adlayan komandalar mübarizəni UEFA Çempionlar Liqasının qrup mərhələsində davam etdirəcək. Məğlubiyyətə uğrayan klublar isə UEFA Avropa Liqasının qrup oyunlarına qatılacaq.

Pley-off mərhələsinin növbəti matçlarının proqramını təqdim edirik:

23 avqust

23:00 – “Viktoriya Plzen” (Çexiya) - “Qarabağ” (Azərbaycan)

İlk oyun: 0:0

23:00 - “Srvena Zvezda” (Serbiya) – “Makkabi” (Hayfa, İsrail)

İlk oyun - 2:3

23:00 - “Benfika” (Portuqaliya) – “Dinamo” (Kiyev, Ukrayna)

İlk oyun - 2:0

Qeyd edək ki, Çempionlar Liqasında digər cavab qarşılaşmaları avqustun 24-də olacaq. Hələlik qrup mərhələsinin 32 iştirakçısından 26-sı məlumdur. Onlar UEFA reytinqində daha yüksək reytinqə malik ölkələrin təmsilçiləri olduqlarından, vəsiqələri birbaşa qazanıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM