satellite   Azerspace-1: 11135 H 30000

Bu gün futbol üzrə Misli Premyer Liqasında daha iki oyun keçiriləcək

Bu gün futbol üzrə Misli Premyer Liqasında daha iki oyun keçiriləcək

Futbol üzrə Misli Premyer Liqasının IV tur çərçivəsində daha iki oyun olacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu gün “ASCO Arena”da 18:00-da başlayacaq ilk matçda paytaxtın “Səbail” komandası “Kəpəz”i qəbul edəcək. Qarşılaşmanın baş hakimi Tural Qurbanov olacaq. Hazırda “Səbail” bir xalla 8-ci, üç oyunun hamısında məğlub olan “Kəpəz” 10-cu yerdədir.

Saat 20:30-da başlayacaq günün ikinci matçında “Qarabağ” komandası “Şamaxı”nı qəbul edəcək. “Azersun Arena”da keçiriləcək oyunun baş hakimi Nicat İsmayıllı olacaq. Rəqiblərindən bir oyun az keçirən “Qarabağ” altı xalla 4-cü, “Şamaxı” isə bir xalla 9-cu yeri tutur.

Qeyd edək ki, turun ilk iki qarşılaşmasında “Sumqayıt” evdə “Turan Tovuz”la qolsuz heç-heçə edib, “Neftçi” isə “Zirə”yə 2:1 hesabı ilə qalib gəlib.

Dördüncü tura avqustun 28-də keçiriləcək “Qəbələ”–“Sabah” matçı ilə yekun vurulacaq. Saat 20:00-da start götürəcək görüş Qəbələ şəhər stadionunda keçiriləcək. Oyunun baş hakimi Əliyar Ağayev olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM