satellite   Azerspace-1: 11135 H 30000

Çempionlar Liqasının əsas favoriti açıqlanıb

Çempionlar Liqasının əsas favoriti açıqlanıb

UEFA Çempionlar Liqasında 2022/2023 mövsümünün əsas favoriti bəlli olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, "FiveThirtyEight" superkompüterinin proqnozuna əsasən Almaniyanın "Bavariya" klubu turnirin qalibi olacaq.

Münhen təmsilçisinin qalib gəlmə ehtimalı 21 faiz qiymətləndirilib. İngiltərənin "Mançester Siti" komandası 18 faizlə ikinci, Fransa PSJ-si 14 faizlə üçüncü olub.

İngiltərə təmsilçisi "Liverpul" 9 faizlə 4-cü, yarışın son qalibi İspaniya "Real Madrid"i isə 7 faizlə 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında qrup mərhələsinin oyunları sentyabrın 6-da başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM