satellite   Azerspace-1: 11135 H 30000

"Sabah" klubu "Qəbələ"ni məğlub edərək vahid lider olub

"Sabah" klubu "Qəbələ"ni məğlub edərək vahid lider olub

Futbol üzrə Misli Premyer Liqasının IV turuna yekun vurulub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, turun son matçında "Qəbələ" "Sabah"ı qəbul edib. Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda qolları Davit Volkov (48) və Coy Lens Mikels (64) vurublar.

Bu nəticədən sonra xallarını 12-yə çatdıran "Sabah" vahid lider olub. "Qəbələ" isə 9 xalla 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, turun ilk 3 oyununda "Neftçi" "Zirə"ni 2:1, "Səbail" "Kəpəz"i 4:1, "Qarabağ" "Şamaxı"nı 4:0 hesabı ilə məğlub edib. "Sumqayıt" - "Turan Tovuz" matçı isə qolsuz heç-heçə ilə yekunlaşıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM