satellite   Azerspace-1: 11135 H 30000

Şahmatçımız Aydın Süleymanlı Türkiyə Superliqasında bürünc medal qazanıb

Şahmatçımız Aydın Süleymanlı Türkiyə Superliqasında bürünc medal qazanıb

Şahmat üzrə "Türkiye İş Bankası Satranç Süper Ligi" komanda turniri keçirilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Türkiyə Superliqasında iştirak edən Azərbaycan şahmatçısı Aydın Süleymanlının şərəfini qoruduğu "Bayegan Pendik Satranç Spor Klubu" sonda 19 xalla liqanı üçüncü pillədə başa vurub.

Türkiyə çempionu adını isə "Göktürk SSK" kollektivi qazanıb. Onlarla eyni xal toplayan və yalnız əlavə göstəricilərə görə ikinci olan "Türk Hava Yolları SK" klubu gümüş medalların sahibi olub.

Türkiyə Superliqasında Aydın Süleymanlıdan başqa daha dörd şahmatçımız mübarizə aparıb. Onlardan xanım təmsilçimiz Xəyalə Abdulla və kişilərdən ibarət yığmamızın üzvü Nicat Abbasovun şərəfini qoruduğu "Darruşafaka SK" klubu 6 xalla 11-ci, qrosmeysterimiz Zaur Məmmədovun çıxış etdiyi "Rota Koleji SK" komandası 10-cu, Abdulla Qədimbəylinin mübarizə apardığı "Gökay Vakfı SK" klubu isə 3 xalla sonuncu - 13-cü olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM