satellite   Azerspace-1: 11135 H 30000

“Qarabağ”dan ayrılan Vadjinin “Sent Etyen”də debütünün vaxtı müəyyənləşib

“Qarabağ”dan ayrılan Vadjinin “Sent Etyen”də debütünün vaxtı müəyyənləşib

“Qarabağ”dan Fransanın “Sent Etyen” komandasına keçən İbrahima Vadjinin yeni klubunda debüt edəcəyi vaxt müəyyənləşib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, 27 yaşlı hücumçu sentyabrın 5-də Liqa 2-də yeddinci turun “Pau” ilə səfər oyununda meydana çıxacaq.

Qeyd edək ki, seneqallı forvard bu gün və ya avqustun 30-da "Sent Etyen"də tibbi müayinədən keçəcək. Bu səbəbdən, İbrahima Vadji sabah “Bastiya” ilə VI turun ev oyununda iştirak edə bilməyəcək.

Fransa təmsilçisi Vadjinin keçidi üçün Ağdam klubuna 1 milyon avrodan çox vəsait ödəyəcək. Hücumçu “Qarabağ”a 2021-ci ilin avqustunda transfer olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM