satellite   Azerspace-1: 11135 H 30000

Avropa çempionatı: Günay Məmmədzadə erməni şahmatçıya qalib gəlib

Avropa çempionatı: Günay Məmmədzadə erməni şahmatçıya qalib gəlib

Azərbaycan şahmatçısı Günay Məmmədzadə Çexiyanın paytaxtı Praqada qadın şahmatçılar arasında keçirilən Avropa çempionatında növbəti qələbəsini qazanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, Məmmədzadə IX turda Ermənistan təmsilçisi Mariya Gevorqyanı məğlub edib.

Azərbaycanın digər şahmatçılarından Gülnar Məmmədova İnna Qaponenko (Ukrayna), Xanım Balacayeva Anna Uşenina (Ukrayna) və Gövhər Beydullayeva Nurgül Səlimova (Bolqarıstan) ilə heç-heçə edib. Ləman Hacıyeva isə Anna Sarqsyana (Ermənistan) uduzub.

Hazırda Ülviyyə Fətəliyevanın Monika Soçko (Polşa) və Səbinə İbrahimovanın Noqa Orian (İsrail) ilə görüşü davam edir.

Qeyd edək ki, Avropa çempionatına avqustun 31-də yekun vurulacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM