satellite   Azerspace-1: 11135 H 30000

Gənclər motivasiya düşərgəsində iştirak edirlər - FOTOLAR

Gənclər motivasiya düşərgəsində iştirak edirlər<font color=red> - FOTOLAR</font> Gənclər motivasiya düşərgəsində iştirak edirlər<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Ağbulaq İstirahət Mərkəzində “Gəncliyimiz gələcəyimizdir” üçgünlük yay motivasiya düşərgəsi təşkil edilib. Düşərgə iştirakçıları müxtəlif təlim və tədbirlərdə iştirak edir, asudə vaxtlarını səmərəli keçirirlər.

Düşərgədə muxtar respublikanın ayrı-ayrı bölgələrində müxtəlif sahələr üzrə fəaliyyət göstərən 35 gənc iştirak edir.

YAP Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyi və Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə keçirilən düşərgənin açılış tədbirində gənclərə mərkəzin turizm imkanları və burada keçiriləcək təlimlər barədə məlumat verilib.

29-31 avqust tarixlərini əhatə edən düşərgədə gənclərin fərdi inkişafı məqsədilə motivasiya xarakterli təlim, interaktiv və hərəki oyunlar təşkil olunur. Gənclər həmçinin maraqlı idman oyunları ilə vaxtlarını səmərəli təşkil edirlər.

Qeyd edək ki, düşərgənin proqramında səhər gimnastikaları, təbiət gəzintisi, komanda oyunları, şair və yazıçılarla görüş, müxtəlif intellektual oyunlar, motivasiya xarakterli təlimlər, poeziya saatı və digər fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulub.

Leyla Cəfərzadə

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM