satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan şahmatçısı Günay Məmmədzadə Avropa çempionatında ikinci pillədəki mövqeyini qoruyub

Azərbaycan şahmatçısı Günay Məmmədzadə Avropa çempionatında ikinci pillədəki mövqeyini qoruyub

Çexiyanın paytaxtı Praqada qadın şahmatçılar arasında keçirilən Avropa çempionatında onuncu tura yekun vurulub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan millisinin üzvü Gülnar Məmmədova yarışın lideri Monika Soçko (Polşa) ilə sülhə razılaşıb. Digər şahmatçılarımız Günay Məmmədzadə Elina Danielyan (Ermənistan), Ülviyyə Fətəliyeva İnna Qaponenko (Ukrayna), Gövhər Beydullayeva isə fransalı Sofi Milye ilə heç-heçə edib.

Yığmamızın üzvü Xanım Balacayeva isə İrina Bulmaqaya (Rumıniya) uduzub.

Bu turda Azərbaycan şahmatçıları Ləman Hacıyeva macarıstanlı Joka Qaala, Səbinə İbrahimova isə Martina Folkovaya (Çexiya) qalib gəliblər.

Onuncu turdan sonra Günay Məmmədzadə 7,5 xalla 2-ci pillədəki mövqeyini qoruyub. Onu son tur öncəsi lider Monika Soçkodan cəmi 0,5 xal ayırır. Gülnar Məmmədova 7 xalla 6-cı, Gövhər Beydullayeva 6,5 xalla 10-cu, Ləman Hacıyeva 6 xalla 23-cü, Xanım Balacayeva 6 xalla 31-ci və Səbinə İbrahimova 5 xalla 66-cıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM