satellite   Azerspace-1: 11135 H 30000

Meksika 2036-cı il Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb

Meksika 2036-cı il Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb

Meksika 2036-cı il Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün rəsmi müraciət edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Meksikanın xarici işlər naziri Marselo Ebrard ölkənin bu müraciətinin uğurlu olacağına əminliyini bildirib.

Nazirin sözlərinə görə, Meksika yeganə ölkədir ki, üç dəfə futbol üzrə dünya çempionatına ev sahibliyi edib.

Noyabrın 30-da Meksikanın Oyunlara ev sahibliyi etmək iddiasını təşviq etmək üçün komitənin yaradılması elan ediləcək.

Meksika 1968-ci ildə Olimpiya Oyunlarına ev sahibliyi edib. Həmin Oyunlarda 112 ölkə və 5516 idmançı yarışıb. Bu, 1886-cı ildə Afinada keçirilən müasir Oyunların başlanmasından sonra 100-dən çox xalqların nümayəndələrini bir araya gətirən ilk yarış olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM