satellite   Azerspace-1: 11135 H 30000

Moldova millisinin Azərbaycan yığması ilə yoldaşlıq oyunu üçün ilkin heyəti açıqlanıb

Moldova millisinin Azərbaycan yığması ilə yoldaşlıq oyunu üçün ilkin heyəti açıqlanıb

Futbol üzrə Moldova millisinin Azərbaycan və Rumıniya yığmaları ilə yoldaşlıq oyunları üçün ilkin heyəti açıqlanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, baş məşqçi Sergey Kleşenko birinci mərhələdə yalnız legionerlərə dəvət göndərib.

Heyətdə qapıçı - Dorian Raylyan ("Unirya Dej", Rumıniya), müdafiəçilər - İqor Armaş ("Voluntar", Rumıniya), Vyaçeslav Posmak ("Boluspor", Türkiyə), Oleq Ryabçuk ("Olimpiakos", Yunanıstan), Artur Kraçun ("Hapoel" Kfar Saba, İsrail), Daniel Dumbravanu ("Apoel", Kipr), Yuri Yovu ("İstra", Xorvatiya), yarımmüdafiəçilər - Artur Yonitse ("Piza", İtaliya), Vadim Ratse ("Voluntar"), Yevgeni Koçuk ("Pünik", Ermənistan), Mixail Kaymakov ("Torpedo", Rusiya), Kristian Dros ("Slaviya", Belarus), Nikita Motspan ("Hapoel" Hayfa, İsrail), Viktor Stıne ("Panserraikos", Yunanıstan), hücumçular - Yon Nikolaesku ("Beytar", İsrail), Vitali Damaşkan ("Voluntar"), Virciliu Postolaki ("UTA Arad", Rumıniya) və Niki Kleşenko ("Sion", İsveçrə) yer alıblar.

Qeyd edək ki, noyabrın 16-da Azərbaycan millisi ilə qarşılaşacaq Moldova seçməsi, 4 gün sonra Rumıniya ilə üz-üzə gələcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM