satellite   Azerspace-1: 11135 H 30000

"Qarabağ" - "Frayburq" oyununun biletləri satışa çıxarılıb

"Qarabağ" - "Frayburq" oyununun biletləri satışa çıxarılıb

Bakıda "Qarabağ" və Almaniyanın "Frayburq" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyunu üçün biletlər satışa çıxarılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi "köhlən atlar"ın rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.

Biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından (11:00-dan 20:00-dək), Iticket.az-ın satış məntəqələrindən (iticket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopundan (11:00-dan 20:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərindən (11:00-22:00) əldə etmək mümkündür.

Qeyd edək ki, noyabrın 3-də oynanılacaq "Qarabağ" - "Frayburq" qarşılaşması saat 21:45-də başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM