satellite   Azerspace-1: 11135 H 30000

İki karateçimiz dünya çempionatında qızıl medal uğrunda mübarizə aparacaq

İki karateçimiz dünya çempionatında qızıl medal uğrunda mübarizə aparacaq

Türkiyənin Konya şəhərində karate üzrə yeniyetmə və gənclər arasında dünya çempionatında karateçilərimiz uğurla çıxış edirlər.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, karateçilərimizdən ikisi final görüşünə vəsiqə qazanıb, beşi isə bürünc medal qarşılaşmasında iştirak edəcək.

Bu gün gənclərin yarışında (16-17 yaş) Fərid Savadov (55 kq) qızıl, Rəşid Süleymanov (68 kq) və yeniyetmələrdə (14-15 yaş) İsmayıl Xamoyev (52 kq) bürünc medallar uğrunda mübarizə aparacaqlar.

Növbəti gün isə 18-20 yaşlı gənclər arasında Əminağa Quliyev (60 kq) qızıl, Nuran Rzazadə (67 kq), Hüseyn Hüseynzadə (84 kq), Osman Osmanlı (+84 kq) üçüncü yerlər uğrunda qarşılaşmalarda iştirak edəcəklər.

Oktyabrın 30-dək davam edəcək və 105 ölkədən 1861 idmançının qatıldığı turnirdə Azərbaycan 28 idmançı ilə təmsil olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM