satellite   Azerspace-1: 11135 H 30000

UEFA Çempionlar Liqası: “Araz-Naxçıvan” klubu bu gün Bosniya və Herseqovinanın “Mostar” komandası ilə qarşılaşacaq

UEFA Çempionlar Liqası: “Araz-Naxçıvan” klubu bu gün Bosniya və Herseqovinanın “Mostar” komandası ilə qarşılaşacaq

UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində “Araz-Naxçıvan” futzal klubu bu gün 5-ci qrupda sonuncu oyununu keçirəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, təmsilçimiz Bosniya və Herseqovinanın “Mostar” komandası ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Mostar şəhərində “Mithad Hujdur Hujka Arena”da Bakı vaxtı ilə saat 22:00-da başlayacaq matçı hakimlər Jan Kresta (Çexiya), Lukaş Peşko (Slovakiya) və Josip Dujmiç (Xorvatiya) idarə edəcəklər.

Naxçıvan təmsilçisi daha əvvəl İsveçin “Orebro” (2:5) və “Serbiyanın “Lozniça Qrad” (4:1) komandalarına məğlub olub. Komandamız növbəti mərhələyə yüksəlmək şansını itirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM