satellite   Azerspace-1: 11135 H 30000

UEFA Avropa Liqası: “Renn”in hücumçusu Amin Quiri həftənin futbolçusu seçilib

UEFA Avropa Liqası: “Renn”in hücumçusu Amin Quiri həftənin futbolçusu seçilib

UEFA Avropa Liqasında qrup mərhələsinin beşinci turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, azarkeşlərin səsverməsinə əsasən, bu ada Fransanın “Renn” klubunun hücumçusu Amin Quiri layiq görülüb.

İyirmi iki yaşlı forvard Türkiyədə “Fənərbağça” ilə 3:3 hesablı heç-heçə etdikləri görüşdə 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Əlcəzair əsilli fransalı forvard “Real Sosyedad”dan (İspaniya) Robert Navarro, PSV-dən (Niderland) Lyuk De Yonq və AEK-dən (Kipr, Larnaka) Omri Altmanı qabaqlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM