satellite   Azerspace-1: 11135 H 30000

Karateçilərimiz dünya çempionatında 1 qızıl, 2 bürünc medal qazanıblar - FOTOLAR

Karateçilərimiz dünya çempionatında 1 qızıl, 2 bürünc medal qazanıblar<font color=red> - FOTOLAR</font> Karateçilərimiz dünya çempionatında 1 qızıl, 2 bürünc medal qazanıblar<font color=red> - FOTOLAR</font>

Türkiyənin Konya şəhərində yeniyetmə və gənclər arasında dünya çempionatında karateçilərimiz uğurla çıxış edərək 1 qızıl, 2 bürünc medal qazanıblar.

Yeniyetmə və gənclərdən ibarət yığma komandanın baş məşqçisi Anar Allahverdiyev Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirib ki, gənclərin yarışında (16-17 yaş) Fərid Savadov (55 kiloqram) qızıl, Rəşid Süleymanov (68 kiloqram) və yeniyetmələrdə (14-15 yaş) İsmayıl Xamoyev (52 kiloqram) bürünc medal qazanıblar.

Oktyabrın 30-da 18-20 yaşlı gənclər arasında Əminağa Quliyev (60 kiloqram) qızıl, Nuran Rzazadə (67 kiloqram), Hüseyn Hüseynzadə (84 kiloqram) və Osman Osmanlı (+84 kiloqram) üçüncü yerlər uğrunda qarşılaşmalarda iştirak edəcəklər.

Qeyd edək ki, 105 ölkədən 1861 idmançının qatıldığı turnirdə Azərbaycan 28 idmançı ilə təmsil olunur.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM