satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Premyer Liqası: “Qarabağ” “Şamaxı”ya qalib gəlib

Azərbaycan Premyer Liqası: “Qarabağ” “Şamaxı”ya qalib gəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun növbəti oyunu baş tutub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, günün ilk qarşılaşması “Qarabağ” “Şamaxı” komandaları arasında keçirilib. Şamaxı şəhər stadionunda təşkil edilən oyunda qonaqlar 4:0 hesablı qələbə qazanıblar. Qolları 51 və 90+3-cü dəqiqələrdə Musa Qurbanlı, 56-cı dəqiqədə Elvin Cəfərquliyev və 90+5-ci dəqiqədə Cəlal Hüseynov (avtoqol) vurub.

Beləliklə, ardıcıl 11-ci qələbəsini əldə edən Ağdam klubu 33 xalla liderliyini davam etdirir. “Şamaxı” 4 xalla 9-cu yeri tutur.

Tur bu gün təşkil ediləcək “Sabah” – “Qəbələ” oyunu ilə başa çatacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM