satellite   Azerspace-1: 11135 H 30000

Gənc karateçilərimiz dünya çempionatını dörd medalla başa vurublar

Gənc karateçilərimiz dünya çempionatını dörd medalla başa vurublar

Türkiyənin Konya şəhərində yeniyetmə və gənclər arasında dünya çempionatının son günündə komandamız daha bir qızıl medal qazanıb.

Yeniyetmə və gənclərdən ibarət yığma komandanın baş məşqçisi Anar Allahverdiyev Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirib ki, 18-20 yaşlı gənclər arasında Əminağa Quliyev (60 kiloqram) həlledici mərhələdə rəqibinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.

Bundan əvvəl gənclərin yarışında (16-17 yaş) Fərid Savadov (55 kiloqram) qızıl, Rəşid Süleymanov (68 kiloqram) və yeniyetmələrdə (14-15 yaş) İsmayıl Xamoyev (52 kiloqram) bürünc medala sahib olublar. Beləliklə, 2 qızıl, 2 bürünc medala sahib olan yığmamız ümumi komanda hesabında 6-cı yeri tutub.

Qeyd edək ki,105 ölkədən 1861 idmançının qatıldığı turnirdə Azərbaycan 28 idmançı ilə təmsil olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM