satellite   Azerspace-1: 11135 H 30000

Fişer şahmatı üzrə dünya çempionatının qalibi bəlli olub

Fişer şahmatı üzrə dünya çempionatının qalibi bəlli olub

Rusiyalı qrosmeyster Yan Nepomnyaşi İslandiyada keçirilən Fişer şahmatı üzrə dünya çempionatının finalında amerikalı Hikaru Nakamuraya qalib gəlib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, dörd oyundan ibarət olan finalda rəqiblər iki dəfə heç-heçə edib, bir-birlərinə bir oyun fərqi ilə qalib gəliblər.

Həlledici qarşılaşmanın taleyi ağ fiqurlarla oynayan Nakamuranın daha güclü olduğu armageddonda həll olunub.

Qeyd edək ki, Fişer şahmatı partiya başlamazdan öncə fiqurların ixtiyari (lakin simmetrik) düzülüşündən ibarət klassik şahmatdır. Bu variantı şahmat üzrə 11-ci dünya çempionu amerikalı Robert Fişer tətbiq edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM