satellite   Azerspace-1: 11135 H 30000

"Qarabağ" Avropa zonasında öz çempionatında xal itirməyən 3 komandadan biridir

"Qarabağ" Avropa zonasında öz çempionatında xal itirməyən 3 komandadan biridir

Cari mövsüm bu günədək Avropada yerli liqalarda keçirdikləri bütün matçlarda qələbə qazanan komandaların sayında dəyişiklik baş verməyib.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, siyahıda növbəti dəfə "Qarabağ" da yer alıb.

"Köhlən atlar" Azərbaycan Premyer Liqasındakı ilk 11 qarşılaşmanın hamısında meydanı 3 xalla tərk edib. Ölkə çempionunun III turda "Turan Tovuz"la görüşü isə noyabrın 9-na təxirə salınıb.

Lüksemburqda "Düdelanj" 10 oyunun hamısında qalib gəlib. Komanda ötən həftə çempionat matçına çıxmayıb.

Yunanıstanda isə səfərdə "Volos"u 5:1 hesabı ilə üstələyən "Panatinaikos" Superliqadakı qələbələrinin sayını 10-a çatdırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM