satellite   Azerspace-1: 11135 H 30000

“Qarabağ” Premyer Liqada tarixinin ən uğurlu səfər seriyasına imza atıb

“Qarabağ” Premyer Liqada tarixinin ən uğurlu səfər seriyasına imza atıb

“Qarabağ” Azərbaycan Premyer Liqasında tarixinin ən uğurlu səfər seriyasına imza atıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda buna XII turda "Şamaxı"nı 4:0 hesabı ilə məğlub etməklə nail olub.

Ölkə çempionu ardıcıl 10-cu səfər qələbəsini qazanıb.

Cari mövsümdə xal itirməyən Ağdam klubu rəqib meydanında 5 oyun keçirib. Şamaxıdakı matçadək “Qarabağ” səfərdə “Sumqayıt”ı 2:0, “Kəpəz”i 1:0, “Zirə”ni 7:1, “Qəbələ”ni 1:0 hesabı ilə üstələyib.

"Köhlən atlar" ötən çempionatın son beş səfərində də xal itkisi ilə üzləşməyib. Fevralın 28-də “Keşlə” (indiki “Şamaxı”) ilə qolsuz heç-heçə edən ağdamlılar ardınca “Sabah”ı 1:0, “Zirə” və “Sumqayıt”ı eyni – 3:0, “Qəbələ”ni 2:0, “Səbail”i 3:0 hesabı ilə yenib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM