satellite   Azerspace-1: 11135 H 30000

Uels millisi dünya çempionatından sonra adını dəyişə bilər

Uels millisi dünya çempionatından sonra adını dəyişə bilər

Futbol üzrə Uels milli komandası bu il Qətərdə keçiriləcək dünya çempionatından sonra adını dəyişə bilər.

Naxçıvan televiziyası İnformasiya Agentliyi "The Sun" nəşrinə istinadən xəbər verir ki, hazırda yığma FIFA və UEFA-nın bayrağı altında keçirilən turnirlərdə "Wales" adı altında çıxış edir.

Yerli futbol federasiyası komandanın adının "Cymru" ("Həmvətənlər") olması ilə bağlı danışıqlar aparır.

Qeyd edək ki, "Cymru" sözü Uelsin öz dilində olan adıdır. Bu ifadə yerli federasiya tərəfindən daxili və xarici əlaqələrdə, eləcə də qurumda çalışan işçilər tərəfindən istifadə olunur.

Qeyd edək ki, Uels millisi mundialda İngiltərə, ABŞ və İranla birlikdə B qrupunda mübarizə aparacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM