satellite   Azerspace-1: 11135 H 30000

Məktəblilər güləş birinciliyini şəhid Ümid Novruzlunun əziz xatirəsinə həsr ediblər - FOTOLAR

Məktəblilər güləş birinciliyini şəhid Ümid Novruzlunun əziz xatirəsinə həsr ediblər <font color=red> - FOTOLAR</font> Məktəblilər güləş birinciliyini şəhid Ümid Novruzlunun əziz xatirəsinə həsr ediblər <font color=red> - FOTOLAR</font> Məktəblilər güləş birinciliyini şəhid Ümid Novruzlunun əziz xatirəsinə həsr ediblər <font color=red> - FOTOLAR</font> Məktəblilər güləş birinciliyini şəhid Ümid Novruzlunun əziz xatirəsinə həsr ediblər <font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Babəkdə məktəblilər arasında şəhid gizir Ümid Novruzlunun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə rayon birinciliyi keçirilib.

Yarış başlanmazdan əvvəl şəhidlik zirvəsinə ucalan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər şəhid gizir Ümid Novruzlunun döyüş yoluna nəzər salıb, Vətən müharibəsində göstərdiyi şücaətdən bəhs ediblər.

Təşkilatçılar tərəfindən şəhidin ailə üzvlərinə təşəkkürnamə təqdim edilib. Sonra birinciliyə start verilib. Birincilikdə 7 çəki dərəcəsi üzrə 38 məktəbli hünərini göstərib. Müxtəlif çəki dərəcələrində qalib olan gənc idmançılara diplom və medallar təqdim edilib.

Qeyd edək ki, şəhid gizir Novruzlu Ümid Bahadur oğlu Vətən müharibəsində Şuşa şəhərinin azadlığı uğrunda aparılan  döyüşlərdə qəhrəmancasına şəhid olub. Vətənin igid oğlu ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Xosrov İbrahimov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM