satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Gimnastika Federasiyasının üzvləri və məşqçi-müəllimləri Naxçıvanda olublar - FOTOLAR

Azərbaycan Gimnastika Federasiyasının üzvləri və məşqçi-müəllimləri Naxçıvanda olublar<font color=red> - FOTOLAR</font> Azərbaycan Gimnastika Federasiyasının üzvləri və məşqçi-müəllimləri Naxçıvanda olublar<font color=red> - FOTOLAR</font> Azərbaycan Gimnastika Federasiyasının üzvləri və məşqçi-müəllimləri Naxçıvanda olublar<font color=red> - FOTOLAR</font> Azərbaycan Gimnastika Federasiyasının üzvləri və məşqçi-müəllimləri Naxçıvanda olublar<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Azərbaycan Gimnastika Federasiyasının bədii gimnastika üzrə yığma komandasının üzvləri və məşqçi-müəllimləri Naxçıvanda olublar.

Naxçıvan Atletika Federasiyasının Naxçıvan şəhərində və Şərur rayonunda fəaliyyət göstərən bədii gimnastika bölmələrində olan qonaqların diqqətinə çatdırılıb ki, muxtar respublikada gimnastika artıq sevilən və inkişaf edən idman növlərindən birinə çevrilib.

Yığma komandanın üzvləri balaca gimnastlara imzalı kartlarını təqdim ediblər.

Sonra gimnastların nümunəvi çıxışları olub. Qonaqlar gənc idmançılara müxtəlif gimnastika avadanlıqları və digər hədiyyələr təqdim ediblər.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyasının bədii gimnastika üzrə yığma komandasının üzvləri və məşqçi-müəllimləri səfər çərçivəsində muxtar respublikanın bir sıra gəzməli, görməli yerləri ilə də tanış olublar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM